MTN-dən cavab gəldi AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Mədəniyyət Nazirliyi tərəfindən erməni ozanı kimi tanınan Sayat Novanın əsərlərindən ibarət erməni və türk dilində kitab nəşr ounacaq. Bununla bağlı olaraq Mədəniyyət və Turizm Nazirliyindən münasibət öyrəndik. SİA-ya açıqlama verən Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov sözügedən məsələ ilə bağlı işlər görüldüyünü bildirib: "Biz hələ də bu xəbərin tam doğru olduğuna inanmırıq. Bununla əlaqədar olaraq konsulluqdan da münasibət öyrənəcəyik. Bu yalnış məlumat də ola bilər. Onu da diqqətinizə çatdırım ki, Mədəniyyət və Turizm Nazirliyi olaraq "Çırpınırdı Qara dəniz" adlı mahnını hansı əsalara görə məqalədə erməni bəstəsi kimi təqdim edildiyini də aydınlaşdırıb geniş informasiya verəcəyik".

Qeyd edək ki, Türkiyə Mədəniyyət Nazirliyi XVIII əsrdə yaşamış erməni aşığı Sayat Novanın (Harutyun Sayatian) əsərlərini erməni və türk dilində nəşr etdikləri kitabları iyun ayında dövlət səviyyəsində təqdim edəcək. Həmçinin sözügedən məqalədə sözləri Əhməd Cavada, musiqisi dahi bəstəkar Üzeyir Hacıbəyova məxsus olan "Çırpınırdı Qara dəniz" mahnısı erməni bəstəsi kimi təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə