Ağdaş rayon Mədəniyyət və Turizm Şöbəsinin Tədbirlər Planına uyğun olaraq müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş "Gənc istedad"ların baxış-müsbiqəsi keçirilib. SİA-nın məlumatına görə, müsabiqədə Mədəniyyət və Turizm Şöbəsini əhatə edən bütün mədəniyyət müəssisələri iştirak etdiblər.
May ayının 2-də rayon mədəniyyət evində müsabiqənin qaliblərinin iştirakı ilə yekun konsert keçirilib. Tədbiri Ağdaş Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Tahir Əliyev açaraq hər il ulu öndərin ad günü ərəfəsində keçirilən və artıq ənənə halını almış müsabiqənin məqsəd və məramı haqqında danışmış və bu tədbirin xüsusilə gənc istedadların üzə çıxmasındakı rolunu qeyd etmiş, ümummilli liderin hakimiyyəti dövründə Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğıdan və bu ənənənin indi də cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Yüksək səviyyədə təşkil olunmuş tədbirdə mədəniyyət işçilərilə yanaşı Ağdaş rayon icra hakimiyyəti başçısının Təhsil, Səhiyyə və Mədəniyyət üzrə müavini Aynur Novruzova, rayon Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov, "Ağdaş" qəzetinin redaktoru Tofiq İsmiyev və rayonun ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, sonda müsabiqə qalibləri və öz işlərində fərqlənən mədəniyyət işçiləri Mədəniyyət və Turizm Şöbəsi tərəfindən fəxri-fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB