"Böyük Qələbəyə İnamla" sənədli filminin təqdimat mərasimi keçirilib

"Böyük Qələbəyə İnamla" sənədli filminin təqdimat mərasimi keçirilib

Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevin doğum gününün 91-ci il dönümü münasibətilə "Böyük Qələbəyə İnamla" sənədli filminin təqdimat mərasimi keçirilib. Mərkəzdən SİA-ya verilən məlumata görə, təqdimat mərasimində Azərbaycan Respublikası Baş Nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Azərbaycan Respublikası Milli Məclis sədrinin müavini Bahar Muradova, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclisin deputatları, filmin yaradıcı heyyəti və digər qonaqlar iştirak ediblər.

Azərbaycan Televiziya və Radio Vərilişləri Qapalı Səhimdar Cəmiyyətinin istehsalı olan, rejissor Pərviz İsgəndərovun Füruzə Nadirin ssenarisi əsasında çəkdiyi bu sənədli film Füzuli rayonunun Horadiz şəhərinin və 22 kəndinin işğalından, azad olunması və bərpasından bəhs edir.

Bütün xəbərlər Facebook səhifəmizdə