ATİ-də faşizm üzərində qələbənin 69-cu ildönümü qeyd olunub

ATİ-də faşizm üzərində qələbənin 69-cu ildönümü qeyd olunub

Bu gün Azərbaycan Turizm İnstitutunda (ATİ) alman faşizmi üzərində qələbənin 69-cu ildönümünə həsr olunmuş tədbir və "Bakının qəhrəman müdafiəçisi – general Məmməd Bağır Hadı oğlu Bağırov" kitabının təqdimatı olub. SİA-nın məlumatına görə, təqdimat mərasimində Azərbaycan Turizm İnstitutunun tədris işləri üzrə prorektoru Eldar Aslanov, kitabın müəllifi, tarix üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Zülfüqarlı, elm adamları, kitabsevərlər, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbiri institutun tədris işləri üzrə prorektoru Eldar Aslanov açaraq, faşizm üzərində qələbənin qazanılmasında Azərbaycanın qəhrəman oğullarının göstərdikləri rəşadətdən danışıb.

Həmçinin tədbirdə kitabın müəllifi, tarix üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Zülfüqarlı Məmməd Bağır Hadı oğlu Bağırovun həyat və fəaliyyəti ilə bağlı geniş məruzə etmiş, generalın ailə üzvləri isə igid hərbçi haqqında xatirələrini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə