“Lermantov və musiqi" FOTO

Niyazinin mənzil muzeyində görkəmli rus şair, yazıçı və dramaturqu M.Y.Lermontovun anadan olmasının 200 illiyinə həsr olunmuş "Lermantov və musiqi" adlı ədəbi-bədii gecə keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Opera və Balet Teatrının solisti, əməkdar artist Fəridə Məmmədova, musiqi ictimaiyyəti, rus icmasının üzvləri, muzeyin əməkdaşları, KİV-nin nümayəndələri və başqaları iştirak ediblər.

Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq M.Y.Lermontovun yaradıcılığı haqda məlumat verib.

Daha sonra Opera və Balet Teatrının solisti Fəridə Məmmədova, Firuz Məmmədov M.Y.Lermontovun əsərlərinə bəstələnmiş operalardan fraqmentlər və mahnılar ifa ediblər. İfalar slayd-şou ilə müşayiət edilib.

Qeyd edək ki, muzeyin foyesində M.Y.Lermontovun əsərlərini bəstəkarların yaradıcılığında əks etdirən muzey materiallarının orijinal nümunələrdən hazırlanmış sərgi nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə