Məlahət Abbasovanın iki tamaşası “İlin ən yaxşı dekor tamaşası” mükafatına namizəd göstərilib
Türkiyədə yaşayıb, fəaliyyət göstərən aktrisa Məlahət Abbasovadan xəbər var. SİA-nın məlumatına görə aktrisanın iki tamaşası "İlin ən yaxşı dekorasiya tamaşası" mükafatına namizəd göstərilib. Belə ki, M.Abbasovanın özü bu haqda danışıb: "Bu gün saat 20:00-da Cemal Reşit Rey Konser Salonunda Türkiyənin ən böyük Tiyatro jurnalı mükafat mərasimi olacaq. Səhnəyə qoyduğum Elçinin "Şekspir" adlı tamaşası Dekor dizaynı üzrə "İlin ən yaxşı dekor tamaşası" mükafatına namizəd göstərilib və 2 tamaşa ilə yarışacaq. Türkiyə daxilində tamaşalar arasından seçilən və mükafat verilmək üçün yarışan 3 tamaşadan biri olan "Şekspir" tamaşamızın dekor dizayınçısı Ayhan Doğana minnətdaram. İnşaAllah bu gün 6-cı mükafatımızı alacağıq. Qazanmasaq da namizəd göstərilmək belə mənim üçün böyük fəxrdir. Onu da diqqətinizə çatdırım ki, daha əvvəl də "Şekspir" tamaşamızın 5 aktyoru "İlin ən yaxşı aktyoru" mükafatına layiq görülüb. Naminasiya mərasimi mayın 27-də Rotary Bebek Kulubunda keçiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB