Firəngiz Əlizadə: "Vətənpərvərlik mövzusunda yazılan mahnılara ehtiyacımız var" FOTOLAR
Bu gün Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, bəstəkar Tahir Əkbər, media nümayəndələri və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə açaraq hər il Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində konsert keçirdiklərini dilə gətirib: "Azərbaycanın hər yerində bu cür möhtəşəm tədbirlər keçirilir. Bəstəkarlar İttifaqı da hər il Heydər Əliyevin doğum gününə həsr edilən konsertlər təşkil edir. Onu da deyim ki, Heydər Əliyev 1979-cu ildə Bəstəkarlar İttifaqının V Qurultayında iştirak edərək, geniş məruzə ilə çıxış etmişdi. İndi də həmin çıxış çap şəklində Bəstəkarlar İttifaqında saxlanılır. H.Əliyevin o zaman toxunduğu məqamlar bu gündə gündəmdə qalmaqdadır. Bu gün bizim vətənpərvərlik mövzusunda mahnılara ehtiyacımız var. İstərdim ki, bəstəkarlarımız bu mövzuda daha çox mahnı yazsınlar".
Daha sonra Bakı şəhər 30 saylı Uşaq Musiqi Məktəbinin xoru "Odlar yurdu" və "Ey Vətən!" musiqilərini ifa ediblər.
Qeyd edək ki, sonda Ümummilli Lider Heydər Əliyevə həsr olunan kliplərdən ibarət videoçarx nümayiş olunub.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB