MTN Dubayda keçirilən “ATM 2014” beynəlxalq turizm sərgisində iştirak edir
5 - 8 may tarixlərində BƏƏ-nin Dubay şəhərində keçirilən "ATM 2014" beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi iştirak edir. SİA-nın məlumatına görə, nümayəndə heyətinin tərkibinə Turizm şöbəsinin müdiri Aydın İsmiyev, regionlarda turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, həmin sektorun baş məsləhətçisi Leyla Verdiyeva və Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 6 nəfərdən ibarət rəqs qrupu daxildir.
Həmçinin sərgidə "SW travel", "Millennium Tourism and Congress", "Gilan tourism", "The Tour", "Xəzər travel", "Eurotourism", "Geo travel", "Matrix Oasis" turizm şirkətləri və "Chinar Hotel and Spa Naftalan", "Rixos Quba hotel" və "Excelsior hotel" mehmanxanaları təmsil olunur.
Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 50 kv.m sahədə lövhə quraşdırılmış və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və ərəb dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.
Qeyd edək ki, 2004-cü ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq on birinci dəfədir ki, "ATM" beynəlxalq turizm sərgisində iştirak edir, həmçinin ötən il adıçəkilən tədbirdə ölkəmiz ilə yanaşı, 91 ölkədən 2500-ə yaxın iştirakçı təmsil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB