“Əli bəy Hüseynzadə və türk dünyası” mövzusunda yazı müsabiqəsi başa çatıb
Jurnalistlər arasında "Əli bəy Hüseynzadə və türk dünyası" mövzusunda keçirilən yazı müsabiqəsi başa çatıb. SİA-nın məlumatına görə, müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olub.
Müsabiqə Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) Mətbuat Şurası ilə birgə layihəsidir.
Böyük maarifçi-ədib Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş müsabiqənin məqsədi görkəmli mütəfəkkirin həyat və fəaliyyətinin təbliğinə yönəlmiş tədbirlərə dəstək verməkdir.
Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov Əli bəy Hüseynzadənin adı ilə bağlı müsabiqənin qaliblərinin 3 may - Türkçülük Günündə mükafatlandırılmasının təsadüfü olmadığını bildirib. Qeyd edilib ki, Əli bəy Hüseynzadə türk dünyasının ən böyük şəxsiyyətlərindəndir. Onun böyük bir millətin gələcəyinə xidmət edən türkçülük ideyaları isə heç vaxt ölməyəcəkdir.
ATXƏM-in sədri İlham İsmayıl isə görkəmli ədibin adı ilə bağlı müsabiqəyə jurnalist marağının yüksək olduğu bildirmişdir. Aprelin 5-dən 30-dək yazı yarımasına müxtəlif mətbuat qurumlarından 44 materialın daxil olduğunu diqqətə çatdırıb.
Tədbirdə onlardan beşinə xüsusi mükafat verilib.
Qeyd edək ki, 17 iştirakçı həvəsləndirici mükafata layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB