“Eurovision-2014”-ün təmsilçiləri heyvanlar üçün sığınacağa baş çəkiblər
Azərbaycanın və Macarıstanın "Eurovision-2014" mahnı müsabiqəsində təmsilçiləri Dilarə Kazımova və Andraş Kallay-Sonders Kopenhagendə "Dyreværnets" heyvanlar üçün sığınacağa baş çəkiblər. SİA-nın məlumatına görə, ifaçılar üçün belə vacib gün sığınacaqla tanışlıqdan və heyvanlara qulluğa dair qısa təlimatdan başlayıb. Onlar sığınacaqda yaşayan heyvanlara necə qulluq edildiyini və onların necə müalicə olunduğunu görmək imkanı əldə ediblər.
Dilarə Kazımova doğma Bakıda heyvanların müdafiəsi sahəsində fəal kimi tanınır. O, müasir cəmiyyətdə insanların diqqətini heyvanların hüquqlarına cəlb etməyə yönələn xeyriyyə tədbirlərində iştirak edir.
Heyvanlarla ünsiyyətdən sonra təmsilçimiz "Dyreværnets" sığınacağına öz töhfəsini vermək qərarına gəlib.
Dilarə Kazımova "Start a Fire" mahnısını "Eurovision" müsabiqəsinin mayın 6-da Danimarkanın Kopenhagen şəhərində keçiriləcək birinci yarımfinalında 8-ci nömrə altında təqdim edəcək.
Mövzu ilə bağlı xəbərləri facebook.com/dilarakazimova, Dilarə Kazımovanın tezliklə fəaliyyətə başlayacaq www.dilara.eurovisiontalents.com rəsmi saytında, həmçinin instagram.com/dilarakazimova instaqramında, mahnını isə Start a Fire iTunes-da: http://bit.ly/1hJgkPg linkinə daxil olmaqla dinləmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB