Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Hüseyn Arifin 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. SİA-nın məlumatına görə, Sərəncamda 2014-cü ilin dekabr ayında Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, respublika Dövlət mükafatı laureatı, Xalq Şairi Hüseyn Arifin anadan olmasının 90 illiyinin tamam olması diqqətə çatdırılır.
Bildirilir ki, Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər meydana gətirmiş və milli ədəbiyyata töhfələr verib. Şairin əsas qayəsi vətənə məhəbbətin, mənəvi-əxlaqi zənginliklərin təbiət gözəllikləri ilə vəhdətdə tərənnümündən ibarət olan yaradıcılığı bu gün də gənc nəslin tərbiyəsində öz əhəmiyyətini qoruyub saxlayır.
Xalq Şairi Hüseyn Arifin Azərbaycan ədəbiyyatının inkişafında diqqətəlayiq xidmətlərini nəzərə alaraq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq Şairi Hüseyn Arifin 90 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB