Bu günün tarixi

Miladi: 03 may 2014

Hicri: 3 rəcəb 1435

İlin 123-cü günü

İlin sonuna 242 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 05:14

Günəş – 06:38

Zöhr – 13:41

Əsr – 18:07

Məğrib – 20:51

İşa – 22:20

1469-cu ildə italyan mütəfəkkiri Nikkolo Makiavelli anadan olub.

1481-ci ildə İstanbulu fəth etmiş Osmanlı sultanı Fateh Mehmed xan vəfat edib.

1494-cü ildə Kolumb Yamayka adasını tapıb.

1857 - Görkəmli yazıçı-publisist, teatr xadimi Əsgər Adıgözəlov (Gorani) (1857-1910) anadan olub.

1891-ci ildə sovet yazıçısı Mixail Bulqakov anadan olub.

1892-ci ildə ingilis fiziki Corc Pacet Tomson dünyaya gəlib.

1903-cü ildə Binq Krosbi anadan olub.

1907-ci ildə "Fənərbaxça" futbol klubu yaradılıb.

1920 - Sovet hakimiyyəti Azərbaycanın bütün ərazisinə yayılmağa başlayıb. Müvəqqəti İnqilab Komitəsi yerlərdə qəza, mahal və kənd inqilab komitələrinin yaradılması barədə dekret verib. Bu arada bolşeviklərin Bakı buxtasındakı hərbi-dəniz qüvvələri cənuba doğru hərəkət edərək Lənkərana və Astaraya desant çıxardıb. Xalq Cümhuriyyətinin azsaylı ordu hissələri yalnız Qarabağda qalmışdı və erməni qüvvələri ilə döyüşürdü.

1938-ci ildə Azərbaycanın Xalq artisti Kamal Xudaverdiyev anadan olub.

1938-ci ildə dramaturq Arkadiy İnin anadan olub.

1941-ci ildə gürcü şahmatçısı, qadın şahmatı tarixində beşinci çempion Nona Qaprindaşvili anadan olub.

1944-cü ildən 3 may türkçülük günü kimi qeyd edilir.

1973-cü ildə futbolçu Mixael Rayziger anadan olub

1978-ci ildə ilk dəfə Amerikada kompüter çəbəkəsi ilə "spam" göndərilib.

1979-cu ildə Marqarita Tetçer İngiltərənin ilk qadın baş naziri oldu.

1993-cü ildən 3 may beynəlxalq söz azadlığı günüdür.

1995 - Türkiyə XİN başçısı Ərdal İnönünün Bakıya səfəri gedişində qardaş ölkənin yardımı ilə Azərbaycan Milli Elmlər Akademiyasında ilk internet şəbəkəsi istifadəyə verilib.

1996-cı ildən bu tarix beynəlxalq sükut günüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə