Ağcabədidə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə kitab bayramı keçirilib. SİA-nın məlumatına görə, Qarabağ Muğam Mərkəzinin həyətində keçirilən kitab bayramında iki mindən çox kitab, o cümlədən Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən nəşrlər nümayiş etdirilib. Oxucuların və kitabxana işçilərinin əl işlərindən ibarət nümunələr tədbir iştirakçılarının marağına səbəb olub.
Tədbirdə çıxış edən mərkəzləşmiş kitabxana sisteminin direktoru İradə Allahverdiyeva, mədəniyyət və turizm şöbəsinin müdiri Rza Quliyev və başqaları kitabsevərləri əlamətdar bayram münasibətilə təbrik edib, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, ölkəmizdə kitabxana sahəsinin inkişafına göstərilən dövlət qayğısından, bilik mənbəyi olan kitabın əhəmiyyətindən danışıblar.
Kitab bayramında məktəblilər Ümummilli lider Heydər Əliyevə, kitaba, mütaliəyə, Vətənə dair şeirlər söyləyib, mahnılar oxuyub, rəqs edib, səhnəciklər göstəriblər.
Qeyd edək ki, kitab bayramı rəngarəng musiqi nömrələri ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB