Astarada İlyas Əfəndiyevə həsr olunmuş oxucu konfransı keçirilib
Astara rayon Mərkəzi kitabxanasında xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş oxucu konfransı keçirilib. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nazim Fərəməzov tədbirdə çıxış edərək görkəmli nasir və dramaturqun zəngin ədəbi irsi Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 16 yanvar tarixli sərəncamına əsasən İlyas Əfəndiyevin 100 illik yubileyi ölkəmizdə geniş qeyd edilir.
Sonra Astara şəhər 1 nömrəli tam orta məktəbinin dil-ədəbiyyat müəllimi Zümrüd Ərçəyeva xalq yazıçısının həyat və yaradıcılığı barədə məruzəsi dinlənilib. Bildirilib ki, İlyas Əfəndiyev çoxşaxəli yaradıcılıq yolu keçmiş sənətkarlardandır. Yazıçı eyni dövr ərzində hekayələr yazmaqla yanaşı, istedadlı bir dramaturq kimi fəaliyyət göstərmiş, irihəcmli roman və povestlərlə bərabər, oçerk və məqalələr də qələmə alıb. XIX əsrdə Mirzə Fətəli Axundzadə tərəfindən qoyulmuş dramaturgiyamızın inkişafında İlyas Əfəndiyevin böyük xidmətləri var.
Qeyd edək ki, tədbirdə məktəblilərin ifasında İlyas Əfəndiyev haqqında görkəmli şəxsiyyətlərin fikirləri, eləcə də ona ithaf olunmuş şeirlərdən parçalar səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB