"Dua yağışı” adlı kitabın təqdimat mərasimi keçirilib FOTOLAR

"Dua yağışı” adlı kitabın təqdimat mərasimi keçirilib FOTOLAR

Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) şairə, mahnı bəstəçisi, Azərbaycan Jurnalistlər Birliyinin və Yazıçılar Birliyinin üzvü Xanım İsmayılqızının "Dua yağışı" adlı kitabın təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, təqdimat mərasimində Yazıçılar Birliyinin sədri Anar Rzayev, yazıçı jurnalist Rəşad Məcid, şair, yazıçı, esseist, kino-dramaturq, tərcüməçi Ramiz Rövşən, nasir, şair, tərcüməçi, kinodramaturq Baba Vəziroğlu, Əməkdar incəsənət xadimi, rejissor Şeyx Əbdül Mahmudov, "Dədə Qorqud" Fondunun prezidenti Eldar İsmayılov, şairlər, yazıçılar, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbiri Yazıçılar Birliyinin sədri Anar Rzayev açaraq Xanım İsmayılqızını yeni kitabı münaibəti ilə təbrik edib.

Daha sonra Ramiz Rövşən söz alaraq Xanım İsmayılqızının şeirlərinin poeziyada özünəməxsus yer tutduğunu dilə gətirib: "X.İsmayılqızının son illər yazdığı misralara nəzər saldıqca, onun yaradıcılığı ilə anaşı daxili dünyasının da gözəl olduğunu söyləmək olar. Onun şeirləri yaşından asılı olmayaraq hər kəsə xoş təsir edir. Bu kitabın adı da çox fərqlidir. Darıxmaq bu kitabda özünəməxsus yer tutur. Onu da deyim ki, insan yalnız tək olanda deyil, həm də sevdiyi insanların da yanında darıxa bilər".

Daha sonra "Azərbaycan dünyası" jurnalının təsisçisi və baş redaktoru, "Dədə Qorqud" Fondunun prezidenti Eldar İsmayılov çıxış edərək Xanım İsmayılqızını yeni kitabı münasibəti ilə təbrik edərək ona "Dədə Qorqud" mükafatını təqdim edib.

Qeyd edək ki, "Dua yağışı" adlı kitab oxucular tərəfindən çox bəyənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə