Musiqili Teatrdan seçilənlər

"İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 may tarixli 707 nömrəli Fərmanına uyğun olaraq səhnə fəaliyyəti ilə bağlı bir sıra aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilib. SİA-nın məlumatına görə, Azərbaycan Dövlət Musiqili Teatrının 7 nəfər tanınmış sənətçisi - xalq artistləri Afaq Bəşirqızı, Ramiz Məmmədov, əməkdar artistlər – Xanım Qafaova, Nərgiz Kərimova, Əkbər Əlizadə, əməkdar incəsənət xadimləri Nazim Hacıəlibəyov, Əsgər Əsgərov Prezident mükafatı ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə