Telefon rabitəsi Musiqili Teatra dəvət edir

Telefon rabitəsi Musiqili Teatra dəvət edir

Azərbaycan Dövlət Musiqili Teatrı və "BIMTEK Mobile Solutions And Marketing" Məhdud Məsuliyyatli Cəmiyyəti arasında müqavilə imzalanıb. Teatrdan SİA-ya verilən məlumata görə, müqaviləyə əsasən, "BIMTEK" göstərdiyi toplu SMS xidməti vasitəsilə tamaşaçıları mütəmadi olaraq Azərbaycan Dövlət Musiqili Teatrının həftəlik repertuarı haqda məlumatlandıracaq.

Qeyd edək ki, bu xidmətdən bəhrələnməkdə məqsəd, insanları Musiqili Teatra cəlb etmək, onları teatr sənətinin gündəmində gedən yeniliklərlə daim bilgiləndirməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə