Miladi: 01 may 2014
Hicri: 2 rəcəb 1434
İlin 121-ci günü
İlin sonuna 244 gün qalır
Bu günün namaz vaxtları
Fəcr – 05:22
Günəş – 06:40
Zöhr – 13:41
Əsr – 18:06
Məğrib – 20:50
İşa – 22:19
1494 – Dahi Azərbaycan şairi, böyük mütəfəkkir Məhəmməd Füzuli (1494-1556) Iraqın Kərbəla şəhərində anadan olub. Həmin dövrdə İraq Səfəvi dövlətinin tərkibinə daxil idi, əslən türk Bayat tayfasından olan Füzulinin ailəsi buraya Azərbaycandan köçmüşdü. Füzuli Azərbaycan türkcəsində, ərəb və fars dillərində yazıb. Ana dilində yazdığı "Leyli və Məcnun" poeması dünya ədəbiyyatının inciləıri sırasına daxildir. Şair Kərbəlada vəfat edib və İmam Hüseynin məqbərəsinin yanında dəfn olunub.
1804 - Parisin məşhur Per-Laşez qəbiristanlığı salınıb. Bu qəbiristanlıqda uyuyanlar arasında azərbaycanlılar da var.
1805 - Şəki xanlığının Rusiyaya birləşdirilməsi haqqında müqavilə imzalanıb.
1881 - Amerika Qızıl Xaç Cəmiyyəti təsis edilib.
1900 – Çar Rusiyası hökuməti tərəfindən "Cənubi Qafqazda dövlət kəndlilərinin torpaq quruluşu haqqında" qanun verib. Bir qədər sonra bu qanun əsasında Cənubi Qafqaz qubernuyalarında pay torpaqlarını müəyyənləşdirmək və torpaq quruluşu işini aparmaq qaydalarına dair Əsasnamə verildi.
1904 - 7 Avropa dövləti Parisdə FİFA-nı təsis edib.
1918 – "Bakı Komissarları Soveti"nin qoşunları Qubaya hücum ediblər. Daşnak Amazaspın başçılıq etdiyi qoşun hissələri komandanlıq etdiyi "Bakı Soveti"nin qoşunları şəhərdə vəhşicəsinə qırğın törədiblər, 200-dən çox evi, məscidləri yandırmış, 3 minədək insanı qətlə yetirmişdilər. Sonrakı günlər Amazaspın quldur dəstələri Quba bölgəsinin 120-dən çox kəndində, o cümlədən dağ yəhudiləri arasında kütləvi qətliamlar şəyata keçiriblər.
1920 – Bakıda Xalq Cümhuriyyəti hökumətini devirəndən sonra bolşevik Rusiyasının ordu hissələri Şamaxı və Ağsudan müqavimətsiz keçərək Gəncəyə yaxınlaşıblar. Qısa döyüşdən ordu hissələri şəhəri ələ keçirdilər və Gəncədə də sovet hakimiyyətinin qurulduğu elan edilib. Mayın sonunda isə Gəncədə sovet hakimiyyətinə qarşı üsyan baş verdi və o, qəddarlıqla yatırılıb.
1921 - Sovet dissidenti, hidrogen bombasının müəllifi Andrey Saxarov anadan olub.
1929 - Azərbaycanın əməkdar jurnalisti Sona Bağırova dünyaya gəlib.
1991 - Hindistanın baş naziri Raciv Qandi gül dəstəsinin içinə yerləşdirilən bombanın partlaması nəticəsində həlak olub.
1992 - Avropa İqtisadi Birliyi (AİB) üzvləri vahid aqrar siyasət haqqında razılıq əldə edib.
1996 - Azərbaycan Respublikası Şri-Lanka ilə diplomatik əlaqələr qurub.
2004 - Azərbaycan Respublikası Malavi ilə diplomatik əlaqələr qurub.
2004 - Sumqayıt və Bari şəhərləri (İtaliya) arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haqqında Niyyət Protokolu imzalanıb.
2004 - Gürcüstanın dövlət himni qəbul edilib.
2004 - Türkiyə prezidenti Konstitusiya dəyişikliyini təsdiq edib və Dövlət Təhlükəsizliyi Məhkəmələri ləğv edilib.
2006 - Çernoqoriyada keçirilən referendum müstəqillik tərəfdarlarının qələbəsi ilə (55,4%) başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB