Azərbaycanı "Eurovision-2014" mahnı yarışmasında təmsil edəcək Dilarə Kazımovanın rəsmi saytı açılıb. SİA-nın xəbərinə görə, Azərbaycan, rus və ingilis dillərində olan (http://dilara.eurovisiontalents.com/az/ ) saytda D. Kazımovanın "Eurovision-2014" mahnısı olan "Start a Fire", həmçinin onunla bağlı geniş məlumat yer alıb.
Bununla yanaşı, saytda təmsilçimizin promo-turları, fotoları da yerləşdirilib. Saytda həm də D. Kazımovaya müraciəti də yer alıb: "Salam, dostlarım! Bu mənəm, Dilarə Kazımova. Bu il "Avroviziya"nın bir parçası olduğum üçün Yer kürəsinin ən xoşbəxt insanıyam! Sevginiz və dəstəyiniz üçün sizə minnətdaram. Kopenhagenə gedən yolumu izləmək üçün bizə qoşulun!""
Xatırladaq ki, Dilarə Kazımova "Start a Fire" mahnısını mayın 6-da Kopenhagendə "Eurovision-2014" müsabiqəsinin birinci yarımfinalında 8-ci nömrə altında təqdim edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB