Azərbaycanın "Eurovision 2014" təmsilçisi Dilarə Kazımova "Start a Fire" balladasının səhnə həllini ictimaiyyətə təqdim edib. SİA-nın təmsilçinin rəsmi səhifəsinə istinadən verdiyi xəbərə görə, Dilarəni səhnədə bir xanım hava gimnastı və fonda üç bek-vokalçı müşayiət edir. Hava gimnastı 8 metr hündürlüyündə trapesiya üzərində çıxış edir.
Buna qədər Eurovision səhnəsində heç kəsi hava gimnastı müşayiət etməyib. Ona görə də bu yaradıcı heyət üçün kameralar və yaraqlandırma baxımından çətin tapşırıq idi. Ənənəvi iki nöqtəli bərkitmə yerinə bu trapesiya səhnə damında bir nöqtəyə bərkidilib və bu səbəbdən 360 dərəcə hərlənə bilir.
"Start a Fire" mahnısının səhnə quruluşunu isveçli rejissor və rəqqas AsaEngman polşalı-yapon xoreoqraf Piotr Torazawa Giro ilə birlikdə ərsəyə gətirib. Hava gimnastı melodiya ilə təkrarlanan eyni hərəkətləri icra etməkdən uzaqdır. Ona görə də hər məşq və ifa digərindən bir qədər fərqli olacaq.
"İlk məşq zamanı hər şeydən çox trapesiya üzərində çıxış edən gimnast üçün çox narahat idim. O xanım elə bir məqam olur ki, çox yüksəyə – tavana qədər yüksəlir. Bu həm çox təsirlidır, həm də, eyni zamanda, qorxuducudur. Səhnə rejissorunun ideyasına görə hava gimnastı təsəvvür dolu "baxış nöqtəsini" ifadə edir. Bu baxış nöqtəsi sayəsində gündəlik həyat səhnələrinə yeni mənalar verə biləcək, adi bir şeydəki qeyri-adiliyi sezə, başqa sözlə desək, "ruhun mənəvi konsepsiyası"nı özü üçün kəşf edəcək"- deyə, təmsilçimiz Dilarə bildirib.
Dilarə onu da qeyd edib ki, "Star a Fire" mahnısının sözləri bir şeirə, fərdi bir duaya bənzəyir: "Mahnı adi deyil, bu isə qeyri-adi performans ərsəyə gətirməyi vacib edir. Ümid edirəm ki, biz qalib gələcəyik".
Qeyd edək ki, Dilarә Kazımova "Start a Fire" mahnısını 2014-cü il may ayının 6-da Kopenhagenin B&W Hallerne arenasında keçiriləcək müsabiqәnin ilk yarımfinalında 8-ci nömrә altında ifa edәcәk.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB