Şərqşünaslıq İnstitutunun əməkdaşı Beynəlxalq simpoziuma dəvət olunub

Şərqşünaslıq İnstitutunun əməkdaşı Beynəlxalq simpoziuma dəvət olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Cavid Qasımov mayın 2-dən 4-dək Türkiyənin Kocaeli Böyük Şəhər Bələdiyyəsi və Kocaeli Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək Beynəlxalq Akça Koca simpoziumuna dəvət alıb. SİA-nın məlumatına görə, Osmanlı dövlətinin tanınmış sərkərdəsi olan Akça Kocanın şərəfinə keçirilən beynəlxalq simpoziumda dünyanın 12 ölkəsinin müxtəlif universitetlərində çalışan tarixçilərin məruzələri dinləniləcək.

Qeyd edək ki, şərqşünas alim Cavid Qasımovun simpoziumda "Hacı Zeynalabidin Şirvanının "Səyahətnamə"sində Kocaeli haqqında məlumatlar" mövzusunda məruzə ilə çıxış etməsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə