“Zəlimxan Yaqub ədəbi düşüncələrdə” kitabının üçüncü cildi nəşr edilib

“Zəlimxan Yaqub ədəbi düşüncələrdə” kitabının üçüncü cildi nəşr edilib

"Zəlimxan Yaqub ədəbi düşüncədə" kitabının üçüncü cildi "Vətən" nəşriyyatında yüksək poliqrafik tərtibatla işıq üzü görüb. Azərbaycan Aşıqlar Birliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, kitabda respublikamızın tanınmış ictimai xadimləri, şair və yazıçıları, elm adamları və ədəbiyyatşünasların ayrı-ayrı vaxtlarda Xalq Şairi Zəlimxan Yaqubun yaradıcılığına həsr etdikləri məqalələri toplanıb.

Topluda xalq yazıçıları İsa Muğannanın "Məharət dastanı" və "Tarixi həqiqət və müasir gerçəklik", Anarın "İztirablı yollarla", Xalq Şairi Sabir Rüstəmxanlının "Böyük ürək sahibi, əsl xalq adamı", akademiklər Budaq Budaqovun "Zəlimxan Yaqubun "Sürgünlə söhbət" poeması haqqında bir neçə söz", AMEA-nın müxbir üzvü Nizami Cəfərovun "Xalq Şairi Zəlimxan Yaquba açıq məktub" və "Zəlimxan Yaqub (portret oçerk)", filologiya üzrə elmlər doktoru Səlahəddin Xəlilovun "Sazla havalıyam, sözlə diriyəm!", "Zəlimxan Yaqubun "Mövlana" poeması haqqında düşüncələr" və "Şairin özü və sözü" adlı məqalələri, eləcə də, professorlar - Teymur Əhmədov, Qəzənfər Paşayev, Nizaməddin Şəmsizadə, İfrat Əliyeva, Rüstəm Kamal və başqalarının şairə həsr etdikləri elmi-publisist məqalələri yer alıb.

Qeyd edək ki, kitabın tərtibatçısı və redaktoru Zəlimxan Yaqub irsinin araşdırıcısı Musa Nəbioğludur.

Bütün xəbərlər Facebook səhifəmizdə