Azərbaycanda Moldova Respublikasının Mədəniyyət Günləri başlayıb
Xəbər verdiyimiz kimi, Azərbaycanda Moldova Respublikasının Mədəniyyət Günləri başlayıb. SİA-nın məlumatına görə, mədəniyyət günləri çərçivəsində Moldovanın mədəniyyət naziri xanım Monika Babuk Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev ilə görüşüb.
Görüşdə iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
Azərbaycanda mədəni sahədə həyata keçirilən islahatlardan söz açan Əbülfəz Qarayev bildirib ki, ölkəmizin dünyanın müxtəlif ölkələri ilə mədəniyyət sahəsində əlaqələri ilbəil genişlənir. Bu əməkdaşlığın inkişafına qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi də əhəmiyyətli töhfə verməkdədir. Belə tədbirlər sayəsində dünya xalqları Azərbaycanın, xalqımız isə dünya ölkələrinin mədəniyyəti, sənət inciləri ilə tanış olur.
Azərbaycanda olmasından məmnunluğunu ifadə edən Monika Babuk mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi cari ilin oktyabrında Moldovada keçiriləcək beynəlxalq tədbirə dəvət edib.
Ölkəsində caza, xüsusilə də Vaqif Mustafazadə sənətinə sonsuz sevginin olduğunu dilə gətirən M.Babuk diqqətə çatdırıb ki, Azərbaycanın görkəmli sənət adamlarına moldovalıların həmişə böyük məhəbbəti olub.
Bildirilib ki, mədəniyyət günləri qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, iki ölkə xalqlarının bir-birini daha yaxından tanımasına, mədəniyyət və incəsənətinin təbliğinə dəyərli töhfələr verəcək.
Qeyd edək ki, mədəniyyət günləri mayın 1-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB