Kalmıkiya Respublikası B. Basanqov adına Milli Dram Teatrı GTT-nin qonağı olacaq FOTOLAR

Kalmıkiya Respublikası B. Basanqov adına Milli Dram Teatrı GTT-nin qonağı olacaq FOTOLAR

May ayının 16-dan -18-dək Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrı teatrımızın qonağı olacaq. Teatr uşaqlar üçün "Dobriy doktor Aybolit", böyüklər üçün "Araş" dramatik fantaziyasını təqdim edəcək.

Müəllifi Korney Çukovskinin eyniadlı əsəri əsasında hazırlanmış "Dobriy doktor Aybolit" tamaşasının quruluşçu rejissoru Kalmıkiya Respublikasının əməkdar Artisti Zoya Xonxoldcinova, bəstəkarı Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Arkadi Mandjiyev, rəssamı Qelena Badmayevadır. Tamaşa may ayının 16-ı (saat 15:00), 17-i ( saat 12.00, 14.00, 16.00) və 18-i (saat 12.00, 14.00) nümayiş olunacaq.

B.Mandjiyev və V.Yaşkulvoun eyniadlı əsəri əsasında hazırlanmış "Araş" dramatik fantaziyasının rejissoru Rusiya Federasiyası və Kalmık Resoublikasının Əməkdar İncəsənət Xadimi Boris Mandjiyev, bəstəkarı Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Arkadi Mandjiyevdir. Tamaşa may ayının 18-də saat 19:00 da nümayiş etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə