“Dahi azərbaycanlı” filmi nümayiş etdirilib

“Dahi azərbaycanlı” filmi nümayiş etdirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A. Bakıxanov adına Tarix İnstitutu və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş elmi konfrans keçirilib. SİA-nın məlumatına görə, əvvəlcə Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun ssenari müəllifi olduğu, Ulu Öndər Heydər Əliyevə həsr edilmiş "Dahi azərbaycanlı" filmi nümayiş etdirilib.

Filmdə Ümummilli lider Heydər Əliyevin həyatından, Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizin inkişafı üçün gördüyü mühüm işlərdən, böyük xidmətlərindən bəhs olunub.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin direktoru Mais Bağırov filmi yüksək qiymətləndirərək müəllifə təşəkkürünü bildirib, ekran əsərində Ulu Öndərin həyatı və Azərbaycan xalqı qarşısındakı xidmətlərinin geniş işıqlandırıldığını qeyd edib.

Qeyd edək ki, sonra tədbirdə çıxış edən Yaqub Mahmudov Ümummilli Liderlə bağlı xatirələrindən söhbət açıb.

Bütün xəbərlər Facebook səhifəmizdə