Konflikt / Yenidənqurma” sərgisi açılacaq

Konflikt / Yenidənqurma” sərgisi açılacaq

Mayın 1-də "Baku Creative Center"də Anatoliy Buzayevin "Konflikt / Yenidənqurma" sərgisi açılacaq. SİA-ya verilən məlumata görə, sərgidə rəssamın son illərdə çəkdiyi rəsmlərlə yanaşı, əvvəllər yaratdığı əsərləri də təqdim ediləcək.

Həmçinin Anatoliy Buzayevin Bakı sərgisi üçün hazırladığı instalyasiyası da nümayiş olunacaq.

Anatoliy Buzayev 1948-ci il mayın 1-də Bakıda anadan olub. İlk işlərini məktəb illərində və Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində yaradıb. Hazırda A.Buzayevin işləri Rusiyanın və Azərbaycanın muzey və qalereyalarında, Rusiya, İngiltərə, Almaniya, Hollandiya, İspaniya, Slovakiya, Türkiyə, Kolumbiya və digər ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.

Anatoliy Buzayevin yaradıcılığı rəssam və sənətşünaslara daha yaxşı məlumdur. O, bütün həyatı boyu öz istedadını avanqard yağlı boyalarlarla çəkilmiş əsərlər və impressionist rəsmlər arasında bölür. Hər iki istiqamət qarşılıqlı fəaliyyətdədir və qarşılıqlı şəkildə bir-birini tamamlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə