Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqında "Ömrün səhifələri" seriyasından yeni kitab-albomun təqdimatı keçirilib. SİA-nın məlumatına görə, bu yeni nəşr Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, xalq artisti Hökümə Qurbanovanın anadan olmasının 100 illiyinə həsr edilib.
Tədbirdə çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov H.Qurbanovanın bənzərsiz sənət dünyasından söz açıb: "Görkəmli aktrisa 75 illik ömrünün 50 ilini səhnəyə həsr edərək, möhtəşəm və rəngarəng obrazları ilə sənətin zirvələrinə yüksəlib. Biz də onun Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərini nəzərə alıb belə bir xatirə kitabının çap olunmasına qərar verdik".
Hökümə Qurbanovanın sənət dünyasından söz açan sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə onun yaradıcılıq axtarışlarından, obrazlar qalereyasından danışıb: "Hökümə Qurbanova romantik aktyor məktəbinin poetik göstəricilərini lirik-psixoloji aktyor məktəbinin ifadə vasitələri ilə qovuşduran, onları harmonik ayrılmazlıqda, bir estetik prinsiplərdə təqdim edən ilk aktrisalarımızdandır. Onun yaratdığı bir-birindən maraqlı rollar bu gün də Azərbaycan teatrının şedevrləri kimi qəbul olunmaqdadır".
Tədbirdə çıxış edənlər sənətkarın ömür yolundan, yaradıcılığından söz açmış və xatirələrini bölüşüblər.
Təqdimat mərasimində Hökümə Qurbanovanın Azərbaycan səhnəsində yaratdığı obrazlardan parçalar nümayiş olunub.
Sonra yeni nəşr iştirakçılara təqdim edilibr.
Qeyd edək ki, kitab-albomun müəllifi teatrşünas Çingiz Ələsgərlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB