Azərbaycan Bolqarıstanda reallaşacaq festivalda təmsil olunacaq
"Addım" Yaradıcı Gənclər Assosiyasının dəstəyi ilə Azərbaycan cari ilin may ayında Bolqarıstanın Varna şəhərində reallaşacaq 23-cü "Discovery İnternational Pop Music" festivalında təmsil olunacaq. SİA-nın məlumatına görə, ölkəmizi bu peşəkar musiqi yarışmasında gənc müğənni Kəmalə Qaramollayeva təmsil edəcək.
Festivalda öz repertuarından və dünya xitlərindən 2 musiqi ilə çıxış edəcək ifaçı festivalda yüksək nailiyyətlər qazanmağa iddialıdır.
Kəmalə Qaramollayeva səhnəyə ilk addımlarını Vaqif Gərayzadənin rəhbərlik etdiyi "Şərq ulduzları" layihəsi ilə atıb.
Qeyd edək ki, Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetini solo oxuma ixtisasını fərqlənmə diplomu ilə bitirən müğənni hazırda buranın musiqi sənəti üzrə aspirantıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB