Azərbaycan Dövlət Opera və Balet Teatrında SSRİ Xalq Artisti Lütfiyar İmanovun anadan olmasının 85 illiyi münasibətilə İtaliya bəstəkarı Cüzeppe Verdinin "Aida" operasının nümayişi olub. SİA-nın məlumatına görə, operada Misir qoşunlarının başçısı Radames ilə misirlilərin müharibə apardıqları Efiopiya çarının qızı, kölə Aida arasında kədərli məhəbbət macərasından söz açılır.
Tamaşada əsas partiyaları teatrın solisti Çinarə Şirin (Aida), Gürcüstan Dövlət Opera və Balet Teatrının solisti, Xalq Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Teymuraz Ququşvili (Radames), Azərbaycanın əməkdar artisti Səbinə Əsədova (Amneris) və Gürcüstanın Xalq Artisti, vokalçıların Bülbül adına II Beynəlxalq müsabiqəsinin laureatı Sulxan Qvelesiani (Amonasro) ifa ediblər.
Qeyd edək ki, tamaşanın dirijoru xalq artisti Cavanşir Cəfərovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB