Cahangir Novruzov tələbələrindən nə gözləyir? AÇIQLAMA

Azərbaycan teatr və kino aktyoru, teatr rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi, Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov Türkiyədəki işlərindən söz açıb. SİA-ya açıqlama verən C.Novruzov tələbələri ilə birgə qastrol səfərinə gedəcəyini bildirib: "Bu il ilk dəfədir ki, heç bir tamaşa ərsəyə gətirməmişəm. Ancaq tələbələrim tamaşaya qoymağa 4 əsər hazırlayıb. Həmçinin Kipr, Konyaya qastrol səfərimiz olacaq. Əgər Mədəniyyət və Turizm Nazirliyi məsləhət bilərsə anam xalq artisti Nəsibə Zeynalovanın 100 illik yubileyində tələbələrimlə birlikdə iştirak edəcəm. Onu da deyim ki, Tükiyədə 140-dan çox tələbəm var. Düşünürəm ki, Türkiyədəki tələbələrim Nəsibə xanımın yubileyini təbrik etmə üçün gələcəklər. Çünki özləri bunu arzulayırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə