Görkəmli musiqiçi M. Rastropoviçin xatirəsi yad ediləcək

Görkəmli musiqiçi M. Rastropoviçin xatirəsi yad ediləcək

Aprel ayının 28-i, saat 16:00-da L.və M.Rostropoviçlərin ev muzeyində dahi violonçelist M.Rostropoviçin xatirəsinə həsr olunan musiqili gecə keçiriləcək. SİA-nın məlumatına görə, tədbirdə dirijor Cavad Tağızadənin rəhbərliyi altında Azərbaycan Bəstəkarlar İttifaqının nəzdində yaradılmış "Simfonietta" оrkestrininifasında maraqlı konsert proqramı səslənəcək.

Maestronun həyat vəyaradıcılığı haqqında toplaşanlara geniş məlumat verilcək, onun bir insan və bir musiqiçi kimi göstərdiyi xidmətlərdən bəhs olunacaq. Tədbirdə iştirak edən məhşur qonaqlar M.Rostropoviçləbağlı maraqlı xatirələrini bölüşəcək, maestronun şəxsi əşyalarıvə fotoşəkillərindən hazırlanmış sərgi ilə tanış olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə