“Parisdən məktublar” sənədli filminin təqdimatı olacaq

“Parisdən məktublar” sənədli filminin təqdimatı olacaq

Görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri və Parlamentinin ilk sədri Əlimərdan bəy Topçubaşovun anadan olmasının 150 illik yubileyinə və siyasi fəaliyyətinə həsr olunmuş "Parisdən məktublar" sənədli filminin təqdimatı olacaq. SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Salnamə" studiyasında çəkilən filmin quruluşçu rejissoru Tahir Əliyev, ssenari müəllifi İntiqam Qasımzadədir.

Qeyd edək ki, filmin təqdimat mərasimi 29 aprel, saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə