Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) Azərbaycanın fırça ustası İnna Kostinanın və gürcü rəssamı Liya Şvelidzenin əsərlərindən ibarət "Xətt və boya" adlı satış-sərgisi açılıb. SİA-nın məlumatına görə, sərgi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və AMİM-nin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov və Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemətov rəssamların həyat və yaradıcılığından danışıb, onların 20 illik dostluq əlaqələrinin olduğunu xüsusi vurğulayıblar.
Bildirilib ki, Azərbaycanın istedadlı və çoxşaxəli yaradıcılıq diapazonuna malik tanınmış rəssamlarından biri olan İnna Kostina 1962-ci ildə Bakı şəhərində anadan olb. Hələ uşaqlıqdan rəssamlığa olan böyük həvəsi onu 1980-ci ildə Moskva İncəsənət Texnikomunun rəngkarlıq fakültəsinə gətirmiş,1984-cü ildən isə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun bədii film və televiziya üzrə quruluşçu rəssam fakültəsində təhsilini davam etdirib.
İ.Kostina hazırda Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Kinematoqraçılar İttifaqının üzvüdür. 1994-2011-ci illər ərzində rəssamın əsərləri Bakı, Qazaxıstan, İtaliya, Almaniya, Türkiyə, Gürcüstan, Norveçin ən tanınmış muzey və qalereyalarında nümayiş etdirilmiş, bir çox mükafat və qrantlara layiq görülüb. 1996-cı ildən "7 əlvan kəpənək" uşaq incəsənət studiyasının yaradıcısı və rəhbəridir.
Diqqətə çatdırılıb ki, Liya Şvelidze məşhur rəssam Bedjan Şvelidzenin ailəsində doğulub. O, Gürcüstan Rəssamlıq Akademiyasında rəssamlıq təhsili almış, 1980-ci ildən başlayaraq onun əsərləri bir neçə ölkələrdə nümayiş olunub. Məşhur gürcü avanqardçılarının "Marjanaşvili Studio" qrupunun fəal üzvü kimi Almaniya, Rusiya, Estoniya və bir çox ölkələrdəki sərgilərdə iştirak edib. Onun yaradıcılıq üslubundakı abstraksionizm-ekspressionizm dəyişərək yeni məzmun daşımağa başlayıb. L.Şvelidzenin əsərlərində mövzü bütün zamanların əsas qəhrəmanı olan qadın obrazıdır.
Qeyd edək ki, satış-sərgidə İ.Kostinanın "Gilavar", İstanbul nağılları", L.Şvelidzenin "Qadın", Gürcüstanda toy", ""Gülüş", "Qadın-şəhər" və digər əsərləri nümayiş olunur. Satış-sərgisi on gün davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB