“Səmanın rəngləri”

Mayın 3-də "Qalereya 1969" sərgi salonunda Türkiyədə yaşayan azərbaycanlı rəssam Emil Əzizin "Səmanın rəngləri" adlı ilk fərdi sərgisi açılacaq. SİA-nın məlumatına görə, "Arts Council Azerbaijan ("Azərbaycan İncəsənət Konsulluğu") qeyri-hökumət təşkilatının dəstəyi ilə baş tutacaq sərgi mayın 7-dək davam edəcək.

Sərgidə əsəsən rəssamın müasir cizgilərlə milliliyin vəhdətini təşkil edən əsərləri sərgilənəcək.

Emil Əziz müasir Azərbaycan qadınının obrazını dəblə birləşdirərək kətan üzərində əks etdirir. O, rənglərdən cəsarətlə istifadə edərək əsərlərini bu tərzdə yaradan ilk Azərbaycanlı rəssamdır. Rəsmlərində ilk növbədə qadın gözəlliyi, fantaziya, ironiya və realizmi göstərən Emil Əziz Bakıda keçiriləcək sərgidən sonra həmin əsərləri Türkiyə və digər Avropa ölkələrində də sərgiləmək fikrindədir.

Qeyd edək ki, rəssamın əsərləri indiyək dünyanın bir çox məşhur sənət qalereyalarında nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə