Miladi: 25 aprel 2014
Hicri: 25 Cəmadiyəlaxır 1435
İlin 115-ci günü
İlin sonuna 250 gün qalır
Bu günün namaz vaxtları
Fəcr – 05:30
Günəş – 06:46
Zöhr – 13:42
Əsr – 18:04
Məğrib – 20:44
İşa – 22:11
1719-cu ildə Daniel Defonun məşhur əsəri "Robinzon Kruzo" nümayiş olunub.
1783-cü ildə dünyada ilk hava şarı uçurulub.
1792-ci ildə Fransada ilk dəfə gilyotindən cəza üsulu kimi istifadə olunub.
1840-cı ildə rus bəstəkarı Çaykovski anadan olub.
1841 - Çar Rusiyasının Qafqaz Baş İdarə Şurasının qərarı ilə Qazax, Şəmsəddil və Borçalıda azərbaycanlı bəy və ağalar torpaq sahibliyindən məhrum edilib, mülkləri müsadirə edilib. Eyni qərar həmin ilin mayında Xəzəryanı bölgələr üçün də verildi. Bunun ardınca bölgələrdə kəndli çıxışları başlandı və 1842-ci ildə ağa və bəy torpaqlarının müsadirəsi dayandırıldı.
1859-cu ildə Misirin Port Said şəhərində Süveyş kanalının qazıntısına başlanılıb.
1901-ci ildə ilk dəfə Nyu Yorkda avtomobillərdə dövlət nömrə nişanının tətbiqi məcburiyyəti qoyulub.
1918 - Bakıda hakimiyyəti ələ almış "Bakı Soveti"nin hökuməti - Stepan Şaumyanın sədrliyi ilə Xalq Komissarları Soveti yaradılıb. Tarixə "26 Bakı komissarı" adı ilı düşən qurum Leninin tapşırığı ilə Azərbaycanı sovetləşdirmək əzmində idi. "Bakı Kommunası"nda aparıcı vəzifələri ermənilər tuturdular, hökumətdə yeganə azərbaycanlı Məşədi Əzizbəyov idi. Bakı Kommunası Tiflisdə fəaliyyət göstərən Zaqafqaziya Seyminə qarşı yaradılmışdı. Hər iki qurumda təmsil olunan ermənilər isə əslində əlbir fəaliyyət göstərirdilər.
1918-ci ildə Türkiyənin Qars və Ərdaxan vilayətləri işğaldan azad olunub.
1919 - Azərbaycanın cənub bölgəsində bolşeviklər tərəfindən qızışdırılan rus əhalisinin Xalq Cümhuriyyətinə qarşı qiyamı başlanıb. Qiyamçılar bölgəni "Muğan Sovet Respublikası" elan ediblər. Qiyam iyulun sonunda hökumət qüvvələri tərəfindən yatırıldı.
1926-cı ildə Rza Pəhləvi İranda şahlığını elan etdi.
1940-cı ildə amerikalı aktyor Al Paçino anadan olub.
1957-ci ildə Xalq artisti Həmidə Ömərova anadan olub.
1989-cu ildə azəraycanlı müğənni Aysel Teymurzadə anadan olub.
1997-ci ildə internet dövrünün ən böyük böhranı ilə üzləşib.
1997 - Azərbaycan Avropa Mədəniyyət Konvensiyasına qoşulub.
1999 - Vaşinqtonda NATO sammiti çərçivəsində Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova və Özbəkistan prezidentlərinin görüşü keçirilib, Özbəkistan GUAMəməkdaşlıq qrupuna qəbul olunub. Özbəkistan 2002-ci ildə GUAM-da fəaliyyətini dayandırdı, 2005-ci ildə qurumu tərk etdi.
2000-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə "Azəralüminium" ASC təsis edilib.
2007-ci ildən bu gün Ümumdünya malyariya günü kimi qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB