Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalı keçiriləcək
02-07 may tarixlərində Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalı keçiriləcək. SİA-nın məlumatına görə, festivalda Şəki və Yevlax şəhərlərinin, Ağcabədi, Ağdam, Ağstafa, Balakən, Goranboy, İsmayıllı, Qax, Qəbələ, Laçın, Oğuz, Xaçmaz, Zaqatala rayonlarının mədəniyyət və turizm şöbələrinin nümayəndələri, Bakıdan isə "Sərhədçi" və "Polad" komandaları iştirak edəcəklər.
Qeyd edək ki, festivalda milli atüstü oyunlarından - çövkən, sürpapaq, papaq və yaylıq oyunları nümayiş etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB