Bu gün Azərbaycan Dillər Universitetində Səməd Seyidov Böyük Britaniyanın Qlazqo Universitetinin nümayəndələri ilə görüşüb. SİA-nın məlumatına görə, Universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Böyük Britaniyanın Qlazqo Universitetinin nümayəndələri professor Vivienne Baumfield və professor Donald Macleod və vaşqaları iştirak edib.
Görüşdə Qonaqları salamlayan rektor Səməd Seyidov Böyük Britaniya universitetləri ilə əlaqələrə toxundu və ADU nümayəndə heyətinin Qlazqo Universitetində keçirdiyi müntəzəm görüşlərini xatırlatdı. Rektor, professor Səməd Seyidov ADU-nun beynəlxalq əlaqələrinin sürətlə inkişaf etdiyini qeyd edib: "Esseks universiteti ilə əlaqələr mövcuddur və Böyük Britaniya universitetləri ilə əməkdaşlıq getdikcə inkişaf edir. Beynəlxalq əməkdaşlığın inkişafına universitet xüsusi önəm verir və bu əlaqələr tələbələr üçün böyük əhəmiyyət kəsb edir. ADU-nun bütün fakültələri beynəlxalq əməkdaşlıqdan bəhrələnir. Həm Pedaqoji fakültədə, həm də Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində təhsil alan bir qrup tələbəni xaricə oxumağa göndəriləcək. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Azərbaycan təhsil sisteminin inkişafı üçün gördüyü işlər yüksəkdir. Dövlətin bu sahəyə xüsusi qayğısı, Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan gənclərinin xaricdə təhsili ilə bağlı sərəncamı bu istiqamətdə mühüm addımdır".
Qonaqlar Azərbaycanda və ADU- da olmaqdan məmnun olduqlarını bildiriblər. Qlazqo Universitetinin professoru Vivienne Baumfiled Qlazqo Universitetinin ADU ilə əlaqələrin inkişafından məmnunluğunu dilə gətirərək, bu əməkdaşlığın davam etməsinin hər iki tərəf üçün əhəmiyyətli olduğundan söz açıblar. O, müəllim-tələbə mübadiləsinin bu istiqamətlərdə görülən işlərdə qarşılıqlı əməkdaşlığın inkişafında mühüm rolu olduğunu sözlərinə əlavə etdi.
Qeyd edək ki, görüşdə, həmçinin əməkdaşlığın inkişaf etdirilməsi, gələcək fəaliyyət istiqamətləri, ADU-Qlazqo Universiteti arasında distant təhsilin inkişafı, birgə dəyirmi masa, seminarların təşkili istiqamətlərində müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB