Azərbaycanda Moldova Respublikasının Mədəniyyət Günləri keçiriləcək
İki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafı, xalqların bir-birini daha yaxından tanıması məqsədilə Azərbaycan Respublikası və Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın qərarına əsasən 2012-ci ilin 11-15 noyabr tarixində Moldova Respublikasında Azərbaycan Mədəniyyət Günləri keçirilib. SİA-nın məlumatına görə, 2014-cü ilin 28 aprel-1 may tarixində Azərbaycanda Moldova Respublikasının Mədəniyyət Günlərinin keçirilməsi nəzərdə tutulub. Moldova Respublikasının nümayəndə heyətinə ölkənin mədəniyyət naziri xanım Monika Babuk rəhbərlik edəcək. Moldova Respublikasının Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi 2014-cü il 29 aprel tarixində Azərbaycan Dövlət Filarmoniyasında olacaq. Moldova Respublikasının Mədəniyyət günləri aprelin 30-da Sumqayıt şəhərində davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB