Azərbaycanda “Xətt və boya” sərgisi keçirilir

Azərbaycanda “Xətt və boya” sərgisi keçirilir

Azərbaycanın istedadlı və çoxşaxəli yaradıcılıq diapazonuna malik tanınmış rəssamlarından biri olan İnna Kostina 1962-ci ildə Bakı şəhərində anadan olub. Hələ uşaqlıqdan rəsmə olan böyük həvəsi onu 1980-ci ildə Moskva İncəsənət Texnikomunun rəngkarlıq fakültəsinə gətirir. 1984-cü ildə texnikomu müvəffəqiyyətlə bitirərək, 1984-89-cu illərdə Moskva Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitunun Bədii film və Televiziya üzrə quruluşçu rəssam fakültəsində təhsilini davam etdirir. O, hal-hazırda Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Kinomatoqraçılar İttifaqının üzvüdür. Çoxcəhətli yaradıcılığa və istedada malik olan rəssam Prezident təqaüdçüsü, bir çox yerli və xarici müsabiqələrin laureatı, diplomçusudur. İnna Kostina Azərbaycanda və xarici ölkələrdə keçirilən 250-dən artıq sərginin iştirakçısıdır. 1994-2011-ci illər ərzində rəssamın əsərləri Bakı, Qazaxıstan, İtaliya, Almaniya, Türkiyə, Gürcüstan, Norveçin ən tanınmış muzey və qalereyalarında nümayiş etdirilmiş, bir çox mükafat və qrantlara layiq görülüb. 1996-cı ildən "7 əlvan kəpənək" uşaq incəsənət studiyasının yaradıcısı və rəhbəridir. Rəssamın əsərləri hal-hazırda Azərbaycan Milli İncəsənət Muzeyində, Müasir İncəsənət Muzeyində, Rusiyanın Tomsk Vilayət İncəsənət Muzeyində, Gürcüstanın "Old Gallery" və "Karvasla Muzey Mərkəzi"ndə, İtaliyanın "II Leone İncəsənət Mərkəzi"ndə, eyni zamanda Azərbaycan və 25-dən artıq xarici ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.

Liya Şvelidze məşhur rəssam Bedjan Şvelidzenin ailəsində doğulub. O, Gürcüstan Rəssamlıq akademiyasınında rəssamlıq təhsili almış, 1980-ci ildən başlayaraq onun əsərləri bir neçə ölkələrdə nümayiş olunub. Məşhur gürcü avanqardistlərinin "Marjanaşvili Studio" qrupunun fəal üzvü kimi Almaniya, Rusiya, Estoniya və bir çox ölkəlrdəki sərgilərdə iştirak edib. 1990-cı illərdə ölkəsindəki ağır siyasi və sosial çətinliklərə baxmayaraq, o, sərgi fəaliyyətini davam etdirib. Onun yaradıcılıq üslubundakı abstraksionizm-ekspressionizm dəyişərək yeni məzmun daşımağa başlayıb. L. Şvelidzenin əsərlərində mövzü bütün zamanların əsas qəhrəmanı olan qadın obrazıdır. Sərgi 24.04.2014-cü il saat 18.00-da, muzeyin Niyazi 11 ünvanında yerləşən binasında keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə