Əli bəy Hüseynzadənin yubileyi Salyanda böyük təntənə ilə qeyd olunacaq
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 25 aprel 2014-cü ildə Salyan rayonunda görkəmli Azərbaycan ədibi Əli bəy Hüseynzadənin 150 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək. SİA-nın məlumatına görə, bir çox elm, mədəniyyət xadimlərinin və müvafiq dövlət strukturlarının iştirak edəcəyi tədbirdə Əli bəy Hüseynzadənin zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq.
Əli bəy Hüseynzadə 24 fevral 1864-cü ildə Salyan rayonunda anadan olub. O, böyük Azərbaycan ədibi, filosof və orijinal tərcüməçi , XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biridir. Əli bəy Hüseynzadə bütün şüurlu ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ etmiş, türkçülüyü ideologiya səviyyəsinə qaldırmış böyük bir şəxsiyyətdir. Ədib 1885-ci ildə Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olmuş, eyni zamanda şərq fakültəsində görkəmli professorların mühazirələrini dinləyib. Əli bəy Hüseynzadə həmçinin Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyasında təhsil alıb, O , bir sıra yüksək qiymətləndirilmiş rəsm əsərlərinin müəllifidir. Onun rəsmləri Bakı muzeylərində, İstanbul və Parisdə şəxsi kolleksiyalarda saxlanılır. Əli bəy Hüseynzadə XX yüzilin əvvəlində mətbuat meydanına yeni bir nəfəslə, milli oyanış ideyaları ilə daxil olan, xalqımızın mədəni inkişafında dövrün tarixi rolunu ifadə edən "Füyuzat" jurnalının təsisçilərindən biri və baş redaktoru olub.
Əli Bəy Hüseynzadə 1940-cı il ömrünün 76-cı ilində İstanbulda vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB