Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) Nurəngiz Günün 75 illik yubileyinə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə AYB-nin sədri, xalq yazıçısı Anar, xalq şairləri Sabir Rüstəmxanlı, Fikrət Qoca, Milli Məclisin deputatları Nizami Cəfərov, Qənirə Paşayeva, Jalə Əliyeva, Tənzilə Rüstəmxanlı, Baba Vəziroğlu, şairlər, mədəniyyət və dövlət xadimləri, media nümayəndələri və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar açaraq Nurəngiz Günün Azərbaycan ədəbiyyatında özünəməxsus yer olduğunu diqqətə çatdırıb: "Nurəngiz xanım həm gözəl xanımdır, həm də gözəl və istedadlı şairədir. Onun yaradıcılığı bizim ədəbiyyatımızda və mədəniyyətimizdə unikal yer tutur".
Yubileyi isə şair, "Kitabçı" jurnalının baş redaktoru Səlim Babullaoğlu idarə edərək şairənin yaradıcılığının zənginlindən söhbət açıb: "Şairə 1938-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Azərbaycan Dövlət Teatr İnstitutunun məzunu olan Nurəngiz Gün Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində diktor vəzifəsində çalışıb. Azərbaycan Dövlət İncəsənət Universitetində səhnə danışığı və nitq mədəniyyəti kafedrasında müəllim işləyib.
Ədəbiyyata "Tanrı" povesti ilə gələn şairə "Tanrı bəşər övladıdır", "Ağ qanadlar", "Günəşə dua", "Yol gedirəm", "Xocalı simfoniyası" və başqa kitabların müəllifidir. Nurəngiz Günün şeirləri bir çox xarici ölkələrdə - Türkiyədə, Estoniyada, Özbəkistanda, İranda, İraqda, keçmiş Yuqoslaviyada çap olunub. Şairə müxtəlif vaxtlarda xarici ölkələrin ədəbi mükafatlarına layiq görülüb".
Daha sonra Sabir Rüstəmxanlı, Qənirə Paşayeva, Nizami Cəfərov da söz alaraq şairənin yaradıcılığı ilə yanaşı, daxili dünyasının da saf olduğunu bildiriblər: "Nurəngiz Günün Azərbaycan poeziyasında öz yeri olan şairələrdəndir. Onun Azərbaycan dili sahəsindəki xidmətləri əvəzolunmazdır. Nurəngiz xanım həyatda necədirsə şeirlərində də o cürdür. Ondan heç zaman kimsə haqda pis danışdığını duymamışıq. N.Günün şeirlərində düşündürücü amillər üstünlük təşkil edir. Həmçinin o, millətin dərdini öz dərdi kimi qəbul edir. Bu da Nurəngiz xanımın daxili dünyasının saflığından irəli gəlir".
Qeyd edək ki, tədbirin davamında Nurəngiz Gün müəllifi olduğu şeirlərini musiqi müşayəti ilə səsləndirib.
.jpg)


.jpg)



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB