Gənc tədqiqatçı qrant müsabiqəsində elmi araşdırmalara start verib

Gənc tədqiqatçı qrant müsabiqəsində elmi araşdırmalara start verib

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2-ci məqsədli birgə İKT müsabiqəsinin (EİF-RİTN-MQM-2/İKT-2-2013-7(13)) qalibi olmuş "Kitabxana innovasiyaları: qabaqcıl dünya nəzəriyyə və təcrübəsinin tədqiqi və alınan nəticələrin elmin informasiya təminatında böyük rol oynayan AMEA-nın kitabxana sisteminə tətbiqi" adlı layihənin yerinə yetirilməsi haqqında Elmin İnkişafı Fondu ilə layihə rəhbəri arasında müqavilə imzalanıb.

Layihə rəhbəri, AMEA Mərkəzi Elmi Kitabxanasının Azərbaycanşünaslıq şöbəsinin müdiri, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Nərminə Abdullayevanın kitabxana işi sahəsində dünyada baş verən yenilikləri, innovativ dəyişiklikləri, texnoloji innovasiyaları, istifadəçilərin informasiya təminatına yardımçı olacaq yeni xidmət növlərinin araşdırılıb öyrənilməsi, alınmış nəticələrin ölkə kitabxanalarının, xüsusilə AMEA Mərkəzi Elmi Kitabxanasının fəaliyyətinə tətbiq etməyin iş prnsiplərinin işlənilməsi məqsədilə keçmiş Sovet respublikaları, Yaxın Şərq və Avropa ölkələrindən birinin elmi kitabxanalarında ezamiyyədə olması nəzərdə tutulur. Layihənin icra müddəti 9 aydır. Həmçinin bu müddət ərzində qazanılmış təcrübə əsasında yeni innovativ texnologiyaların ölkə kitabxanalarında tətbiqi mexanizminin işlənib hazırlanması, alınmış elmi nəticələrin "Kitabxana innovatikası" adı altında ümumiləşdirilməsi və nəşri nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə