Bu gün M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında xalq yazıçısı Çingiz Abdullayev ilə oxucuların görüşü keçirilib. SİA-nın verdiyi xəbərə görə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar Mədəniyyət İşçisi Kərim Tahirov dünya şöhrətli yazıçının yaradıcılığı haqqında məlumat verib.
Bildirilib ki, Azərbaycan Yazıçılar Birliyinin katibi, PEN klubun sədri Çingiz Abdullayevin əsərləri bir çox xalqların dillərində MDB, ABŞ, Fransa, İsveç, Türkiyə, Bolqarıstan, İsrail və digər ölkələrdə nəşr olunub.
Oxuculara məlumat verilib ki, Azərbaycanın Xalq Yazıçısı Çingiz Abdullayev dünyada ən çox oxunan müəlliflərdəndir və onun əsərləri əsasında filmlər, teleseriallar çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB