Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi etdiyi nümayəndə heyəti GUAM-ın Mədəniyyət və turizm üzrə işçi qrupunun növbəti iclası məqsədilə Ukraynada səfərdədir. SİA-nın məlumatına görə, iclasda GUAM ölkələrinin mədəniyyət və turizm sahələri üzrə əldə etdikləri nailiyyətlər, statistik məlumat mübadiləsi, Mədəniyyət və turizm üzrə işçi qrupunun 2013 - 2014-cü illər üzrə Tədbirlər Planını həyata keçirilməsi, GUAM+ formatında mədəniyyət və turizm sahələri üzrə yeni layihələrin hazırlanması və digər məsələlər ətrafında müzakirələr keçirilir.
Qeyd edək ki, görüşlərin sonunda protokulun razılaşdırılması və imzalanması nəzərdə tutulub.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB