“Zamanla üz-üzə”

"Zamanla üz-üzə" layihəsi ilk dəfə 7 il öncə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2007/08-ci ilin konsert mövsümündə keçirilib. SİA-nın verdiyi xəbərə görə, o dövrdə bir çox XX əsr klassiklərinin əsərləri məhz bu layihə zamanı ifa edilib. Kifayət qədər uğurlu keçən bu layihə sonra 2010/11-ci il konsert mövsümündə davam etdirilib. Keçən ilin dekabrından başlayaraq bu il ərzində keçirilməsi nəzərdə tutulan "Zamanla üz-üzə III" müasir musiqi layihəsi məhz bu ənənələrin davamı kimi nəzərdə tutulub. Bu dəfəki layihə Bakı səhnəsində heç bir zaman qoyulmamış müasir musiqi əsərlərinin səhnələşdirilməsini özündə ehtiva edir. Buraya müasir əsərlərlə yanaşı həmçinin XX əsr klassikasının inciləri: "Erwartung" (A.Schönberg) monodramı və "Əsgərin tarixçəsi" (İqor Stravinski) əsərləri daxil edilib. Bunlarla yanaşı müasir dövr rus bəstəkarlıq məktəbinin ən parlaq nümayəndələrindən olan Vladimir Tarnopolski tərəfindən 2006-cı ildə qələmə alınmış və elə bu ildə Bonnda səhnəyə qoyulmuş "Jenseits der Schatten" ("Kölgənin o biri üzü") kamera operası isə alman rejissoru Robert Wechsler tərəfindən hazırlanacaq. Bu ilin mayında XX əsr klassikasından İqor Stravinskinin Əsgərin tarixçəsi əsəri səhnələşdiriləcək. Layihənin bədii rəhbəri Fərəc Qarayev, baş dirijoru Rauf Abdullayevdir.

Tenor və instrumental ansambl üçün yazılmış və doqquz hissədən ibarət olan bu kamera operası holland bəstəkarı Elmer Schönberger tərəfindən 2011-ci ildə, italyan yazıçısı və dramaturqu Dino Buzattinin məşhur "Tatar çölü" ("Il deserto dei Tartari") romanının mötivləri əsasında, Marcel Becmann (Giovanni Drogo obrazında) və Nieuw Amsterdams Peil solistləri üçün yazılmışdır. Əsərin ilk ifası 2012-ci ilin yanvarında Hollandiyada olmuşdur. Tamaşada solist Marcel Beekman (Hollandiya), dirijor Fuad İbrahimov (Azərbaycan),rejissor Elmer Schönberger (Hollandiya),rəssam/Video Violette Baudet (Hollandiya), mətnin tərcüməsi Elmir Mirzəyev, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin solistlər ansamblı məşğuldurlar. Buklet və afişanın tərtibatı zamanı flamand rəssamı Lucas van Valckenborchun "Babil qülləsi" əsərinin motivlərindən istifadə edilib. Əsgər həyatı mövzusundan bəhs edən La fuga del tempo (Zamanın qaçışı) kamera operası italyan yazıçısı və dramaturqu Dino Buzatti'nin məşhur Tatar çölü ("Il deserto dei Tartari") romanının mötivləri əsasında qələmə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə