Əbülfəs Qarayev Dağıstanda səfərdədir

Əbülfəs Qarayev Dağıstanda səfərdədir

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Dağıstan Respublikasının Başçısı R.Abdulatipovun dəvəti ilə 22-23 aprel tarixində Mahaçqala şəhərində "müasir şəraitdə regional siyasətdə mədəniyyət və iqtisadiyyat" mövzusunda keçiriləcək beynəlxalq mədəniyyət-investisiya forumunda iştirak edəcək. SİA-nın məlumatına görə, forum çərçivəsində regional mədəniyyət və iqtisadiyyat sahəsində elmi, maarifləndirici və yaradıcı layihələrin təqdimatı planlaşdırılır. Forumda nazir Ə.Qarayevin çıxışı və müvafiq rəsmilər ilə görüşü nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə