Moskvada “Eurovısıon-2014” mahnı müsabiqəsinin rəsmi Rusiya gecəsi keçirilib
Moskvada "Eurovision-2014" mahnı müsabiqəsinin rəsmi Rusiya gecəsi keçirilib. SİA-nın məlumatına görə, gecədə Azərbaycanın "Eurovision-2014"də təmsilçisi Dilarə Kazımova, Tolmaçova bacıları (Rusiya), TEO (Belarus), Kristina (Moldova), Meq (İsrail) və başqaları iştirk ediblər.
Rusiya paytaxtı Azərbaycan təmsilçisi Dilarə Kazımovanın müsabiqə ərəfəsində səfər etdiyi dördüncü şəhərdir.
Dünya turnesi uğurla keçir. Niderlandda, Litvada və Macarıstanda olub. Dilarə Kazımova, Moskvadan sonra bir sıra ölkələrə səfər edəcək və tezliklə əsas məşqlərə başlayacaq.
Rusiya təmsilçiləri Tolmaçova bacıları Dilarə Kazımovanın "Start a Fire" mahnısını çox bəyəndiklərini bildiriblər. Rusiya təmsilçiləri deyiblər: "Dilarə Kazımovanın ifa etdiyi mahnı çox gözəldir, elə müğənni özü də olduqca füsunkardır".
Qeyd edək ki, Dilarə Kazımova "Start a Fire" mahnısını mayın 6-da Kopenhagendə "Eurovision-2014" müsabiqəsinin birinci yarımfinalında 8-ci nömrə altında təqdim edəcək. Ümumiyyətlə, 59-cu "Eurovision" mahnı müsabiqəsinin mayın 6 və 8-də yarımfinal, 10-da isə final mərhələsi baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB