AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşları sertifikatla təltif olunublar FOTOLAR

AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşları sertifikatla təltif olunublar FOTOLAR

AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşları sertifikatla təltif olunublar. SİA-nın məlumatına görə, Qafqaz Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı keçirilib.

Konfransda AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşları doktorantlar Natiq Mürsəlov "Azərbaycanda kitabxana-informasiya sahəsində kompüter texnologiyasının tətbiqinə dair dövlət siyasəti" və Nərminə Abdullayeva "Kitabxana işinin innovativ inkişafinda IKT-nin rolu" mövzularında məruzəylə çıxış ediblər.

Qeyd edək ki, hər iki doktorant məruzələrinə görə konfransın Təşkilat Komitəsi tərəfindən sertifikatla təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə