22 - 23 aprel 2014-cü il tarixində Ukraynanın paytaxtı Kiyevdə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın Mədəniyyət və turizm üzrə işçi qrupunun növbəti iclasının keçirilməsi nəzərdə tutulub. SİA-nın məlumatına görə, iclasda Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edəcək.
2013 - 2014-cü illər üçün Mədəniyyət və turizm üzrə işçi qrupunun əlaqələndiricisi olan Azərbaycanı iclasda həmin işçi qrupunun rəhbəri, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB