Masallıda III beynəlxalq folklor festivalı keçiriləcək

Masallıda III beynəlxalq folklor festivalı keçiriləcək

İyunun 12-dən 15-dək Masallı şəhərində III beynəlxalq folklor festivalı keçiriləcək. SİA-nın məlumatına görə, son iki ildə rayonda folklor festivalının yüksək səviyyədə keçirilməsi və bu sənət yarışmasına qatılmaq istəyən ölkələrin sayının artması ilə onun miqyasının genişlənməsi Masallının ən mötəbər tədbirlərə ev sahibliyi etmək bacarığını üzə çıxarıb.
Rayonda keçirilən festivallarda Azərbaycan ilə yanaşı, Türkiyə, Latviya, İran, Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna və Dağıstanın folklor kollektivləri iştirak ediblər.

Qeyd edək ki, builki festivala da xarici ölkələrin tanınmış sənətçiləri dəvət olunacaqdır. Bu məqsədlə rayonda hazırlıq işlərinə başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə